DÇ-2022: Serbiya final mərhələsinə çıxdığı üçün 1 milyon avro mükafat alacaq

DÇ-2022: Serbiya final mərhələsinə çıxdığı üçün 1 milyon avro mükafat alacaq 2022-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Serbiya millisinə veriləcək mükafatın məbləği bəlli olub.
Futbol
560
15 Noyabr , 2021 19:26
DÇ-2022: Serbiya final mərhələsinə çıxdığı üçün 1 milyon avro mükafat alacaq

2022-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Serbiya millisinə veriləcək mükafatın məbləği bəlli olub.

"Report"un "Veçerne novosti" nəşrinə istinadən məlumatına görə, yığma üzvlərinə ümumilikdə 1 milyon avro bonus ödəniləcək.

Ölkə prezidenti Aleksandr Vuçiçin vəd etdiyi məbləğ artıq Serbiya Futbol İttifaqının hesabına köçürülüb.

Qeyd edək ki, Azərbaycan millisi ilə birlikdə A qrupunda mübarizə aparan Serbiya yığması son turda səfərdə Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək final mərhələsinə birbaşa vəsiqə əldə edib. Dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.

Son xəbərlər

Orphus sistemi