DÇ-2022: Seçmə mərhələdə daha 14 oyun keçiriləcək

DÇ-2022: Seçmə mərhələdə daha 14 oyun keçiriləcək Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII turun digər qarşılaşmaları keçiriləcək.
Futbol
343
9 Oktyabr , 2021 07:45
DÇ-2022: Seçmə mərhələdə daha 14 oyun keçiriləcək

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII turun digər qarşılaşmaları keçiriləcək.

"Report"un məlumatına görə, ikinci oyun günündə 6 qrupda 14 matç oynanılacaq.

A qrupunda Azərbaycan millisi İrlandiyanı, Lüksemburq isə Serbiyanı qəbul edəcək. Qrupdakı Portuqaliya yığması isə yoldaşlıq görüşündə Qətərlə üz-üzə gələcək.

B qrupunda Kosovo İsveçin, Yunanıstan isə Gürcüstanın qonağı olacaq. I qrupunun lideri İngiltərə Andorranı sınağa çəkəcək. Qrupda həmçinin Macarıstan - Albaniya və Polşa - San Marino oyunları da gerçəkləşəcək.

DÇ-2022, seçmə mərhələ
VII tur
9 oktyabr

A qrupu

20:00. Azərbaycan - İrlandiya

22:45. Lüksemburq - Serbiya

Xal durumu:Portuqaliya - 13 (5 oyuna), Serbiya - 11 (5), Lüksemburq - 6 (4), İrlandiya - 2 (5), Azərbaycan - 1 (5)

B qrupu

20:00. İsveç - Kosovo

20:00 Gürcüstan - Yunanıstan

Xal durumu: İspaniya - 13 (6 oyuna), İsveç - 9 (4), Yunanıstan - 6 (4), Kosovo - 4 (5), Gürcüstan - 1 (5)

C qrupu

17:00. Litva - Bolqarıstan

22:45. İsveçrə - Şimali İrlandiya

Xal durumu: İtaliya 14 (6 oyuna), İsveçrə - 8 (4), Şimali İrlandiya - 5 (4), Bolqarıstan - 5 (5), Litva - 0 (5)

D qrupu

17:00. Qazaxıstan - Bosniya və Herseqovina

20:00. Finlandiya - Ukrayna

Xal durumu: Fransa - 12 (6 oyuna), Ukrayna - 5 (5), Finlandiya - 5 (4), Bosniya və Herseqovina - 3 (4), Qazaxıstan - 3 (5)

F qrupu

20:00. Şotlandiya - İsrail

22:45. Farer adaları - Avstriya

22:45. Moldova - Danimarka

Xal durumu: Danimarka - 18, Şotlandiya - 11, İsrail - 10, Avstriya - 7, Farer adaları - 4, Moldova - 1

I qrupu

22:45. Macarıstan - Albaniya

22:45. Polşa - San Marino

22:45. Andorra - İngiltərə

Xal durumu: İngiltərə - 16, Albaniya - 12, Polşa - 11, Macarıstan - 10, Anorra - 3, San Marino - 0

Yoldaşlıq görüşü

23:15. Portuqaliya - Qətər

Son xəbərlər

Orphus sistemi