DÇ-2022: Rumıniya millisinin 15 yaşlı futbolçusu tarixə düşüb

DÇ-2022: Rumıniya millisinin 15 yaşlı futbolçusu tarixə düşüb Rumıniya millisinin futbolçusu Enes Sali tarixə düşüb.
Futbol
15 noyabr 2021 05:26
DÇ-2022: Rumıniya millisinin 15 yaşlı futbolçusu tarixə düşüb

Rumıniya millisinin futbolçusu Enes Sali tarixə düşüb.

"Report"un məlumatına görə, İspaniyanın "Barselona" klubuna məxsus yarımmüdafiəçi buna Lixtenşteynə 2:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda nail olub.

82-ci dəqiqədə meydana daxil olan Sali 15 yaş 264-cü günündə millidə debütünü gerçəkləşdirib. O, Avropa yığmalarında rəsmi matça çıxan ən gənc futbolçu adına yiyələnib.

Qeyd edək ki, daha əvvəl rekord norveçli Martin Edeqora (15 yaş 300 gün) məxsus idi.

Son xəbərlər

Orphus sistemi