DÇ-2022: Qətərdə 4-cü stadion açıldı

DÇ-2022: Qətərdə 4-cü stadion açıldı Qətərdə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı üçün növbəti stadionun rəsmi açılışı olub.
Futbol
18 Dekabr , 2020 23:59
DÇ-2022: Qətərdə 4-cü stadion açıldı

Qətərdə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı üçün növbəti stadionun rəsmi açılışı olub.

"Report" turnirin rəsmi saytına istinadən xəbər verir ki, bu, mundial üçün nəzərdə tutulmuş 8 arenadan sayca dördüncüsüdür.

"Əl-Rayyan" adı verilən stadion 40 min azarkeş tutumuna malikdir. Arenada ölkənin dəyərlərini əks etdirən parıldayan, işıqlı və naxışlı fasad var. Stadion dünya çempionatının 7 oyununa ev sahibliyi edəcək.

Qətərdə DÇ-2022 üçün daha əvvəl "Xəlifə", "Əl-Canub" və "Edyukeyşn Siti" arenaları açılıb.

Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabrda Qətərin 7 şəhərində - Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi