DÇ-2022: Qətər mundial iştirakçılarının peyvəndlənməsini istəyir

DÇ-2022: Qətər mundial iştirakçılarının peyvəndlənməsini istəyir 2022-ci il dünya çempionatına ev sahibliyi edəcək Qətər mundial iştirakçılarının koronavirusa qarşı peyvənd olunmasını zəruri hesab edir
Futbol
128
20 Sentyabr , 2021 13:12
DÇ-2022: Qətər mundial iştirakçılarının peyvəndlənməsini istəyir

2022-ci il dünya çempionatına ev sahibliyi edəcək Qətər mundial iştirakçılarının koronavirusa qarşı peyvənd olunmasını zəruri hesab edir.

"Report" "The Atletik"ə istinadən xəbər verir ki, hazırda yerli hakimiyyət bu istiqamətdə FIFA və ölkənin Səhiyyə Nazirliyi ilə danışıqlar aparır.

Həmçinin variantlar arasında futbolçuların hər 3 gündən bir testdən keçmələri məsələsi də var. Məqalədə deyilir ki, Qətərin vaksinasiya ilə bağlı mövqeyi bəzi aparıcı futbolçuların dünya çempionatında iştirak qərarına təsir göstərə bilər. Bütün tərəflər dünya ulduzlarının mundiala qatılmaqdan imtina etməməsini istəyirlər.

İyunda Qətər hökuməti dünya çempionatına getməyi planlaşdıran azarkeşlər üçün 1 milyon doza vaksin hazırlayacağı açıqlanıb.

Qeyd edək ki, dünya çempionatı 2022-ci il 21 noyabr - 18 dekabrda keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.

Son xəbərlər

Orphus sistemi