DÇ-2022: Pley-off mərhələsinin püşkü atılacaq

DÇ-2022: Pley-off mərhələsinin püşkü atılacaq Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Futbol
524
26 Noyabr , 2021 07:30
DÇ-2022: Pley-off mərhələsinin püşkü atılacaq

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, İsveçrənin Sürix şəhərində gerçəkləşəcək tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Püşkatma öncəsi komandalar iki səbətə bölünüb. 10 qrup qalibi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər sırasında yer alıb. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəklər. Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər səbətində qərarlaşıb.

Seçmə mərhələdə öz qrupunu 2-ci sırada başa vurmuş Türkiyə millisi səpələnməmişlər səbətinə düşüb. Rusiya və Ukrayna yığmaları siyasi məsələlərə görə bir-birinə rəqib ola bilməzlər.

Səpələnmişlər

Portuqaliya

Şotlandiya

İtaliya

Rusiya

İsveç

Uels

Səpələnməmişlər

Türkiyə

Polşa

Şimali Makedoniya

Ukrayna

Avstriya

Çexiya

Qeyd edək ki, pley-off iştirakçısı olan 12 komanda üç "dördlük" təşkil edəcək. Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il 24-25 martda, final matçları isə 28-29 martda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi