DÇ-2022-nin loqosu təqdim olunacaq

DÇ-2022-nin loqosu təqdim olunacaq Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatının rəsmi loqosunun təqdim olunacağı tarix müəyyənləşib.
Futbol
20 Avqust , 2019 15:18
DÇ-2022-nin loqosu təqdim olunacaq

Qətərdə keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatının rəsmi loqosunun təqdim olunacağı tarix müəyyənləşib. 

"Report" FIFA-nın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, təqdimat sentyabrın 3-də baş tutacaq. 

Qeyd edək ki, loqonun ilkin versiyası məlum olsa da, hələlik təsdiqlənməyib. Mundial 2022-ci ilin 21 noyabr – 18 dekabr tarixləri aralığında keçiriləcək. DÇ-2022-də 32 komanda iştirak edəcək və bu, yaxın şərqdə keçiriləcək ilk dünya çempionatı olacaq. 

Son xəbərlər

Orphus sistemi