DÇ-2022: Messinin het-triki Argentinaya Boliviya üzərində qələbə qazandırıb

DÇ-2022: Messinin het-triki Argentinaya Boliviya üzərində qələbə qazandırıb Futbol üzrə Argentinanın yığması 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində Boliviya yığmasına 3:0 hesabı ilə qalib gəlib.
Futbol
514
10 Sentyabr , 2021 07:03
DÇ-2022: Messinin het-triki Argentinaya Boliviya üzərində qələbə qazandırıb
Lionel Messi

Futbol üzrə Argentina yığması 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində Boliviya yığmasına 3:0 hesabı ilə qalib gəlib.

“Report” xəbər verir ki, matç Argentinada keçirilib.

Argentina yığmasının kapitanı Lionel Messi oyunda het-trik (14, 65, 89-cu dəqiqələr) edib. Bununla da hücumçunun milli komandada vurduğu qolların sayı 79-a çatıb. O, əfsanəvi braziliyalı Pelenin (77 qol) nəticəsini üstələyib və Cənubi Amerikanın yığma komandaları oyunçularının qollarının sayı üzrə rekorda imza atıb.

Oyun gününün digər matçlarında Paraqvay yığması Venesuela komandasına 2:1 hesabı ilə qalib gəlib, uruqvaylılar ekvadorlulardan üstün olublar (1:0), kolumbiyalılar isə çilililərə (3:1) qalib gəliblər.

Argentinalılar növbəti matçı oktyabrın 7-də səfərdə Paraqvay komandasına qarşı keçirəcəklər. Boliviya yığması həmin gün evdə Ekvador komandasına qarşı oynayacaq.

Son xəbərlər

Orphus sistemi