DÇ-2022: Kolumbiya öz meydanında Peruya məğlub olub

DÇ-2022: Kolumbiya öz meydanında Peruya məğlub olub Dünya Çempionatı seçmə mərhələsinin qru 15-ci turunda Kolumbiya öz meydanında Perunu qəbul edib
Futbol
29 Yanvar , 2022 04:07
DÇ-2022: Kolumbiya öz meydanında Peruya məğlub olub

Dünya Çempionatı seçmə mərhələsinin 15-ci turunda Kolumbiya öz meydanında Perunu qəbul edib.

“Report” xəbər verir ki, Barrankilye şəhərindəki “Metropolitano Roberto Mendes” stadionunda baş tutan oyunda qonaqlar 1:0 hesabı ilə qalib gəlib.

Bu görüşdə yeganə qol 85-ci dəqiqədə vurulub - perulu yarımmüdafiəçi Edison Flores fərqlənib.

Bu qələbə ilə Peru (20) 2022-ci il dünya çempionatının seçmə mərhələsində dördüncü pilləyə yüksələrək DÇ-2022-yə birbaşa çıxış imkanı qazanır. Kolumbiya (17) pley-off hüququ verən pillədən bir xal geridə olmaqla 6-cı yerə düşür.

Növbəti matçda Kolumbiya səfərdə Argentina ilə oynayacaq (Bakı vaxtı ilə fevralın 2-də, saat 03:30-da), Peru isə Ekvadoru qəbul edəcək (fevralın 2-də, saat 06:00-da) .

Son xəbərlər

Orphus sistemi