DÇ-2022: İsveçrə Bolqarıstana, Danimarka İsrailə qalib gəldi

DÇ-2022: İsveçrə Bolqarıstana, Danimarka İsrailə qalib gəldi DÇ-2022-nin seçmə mərhələsinin Avropa zonası üzrə növbəti görüşlərinə start verilib.
Futbol
25 Mart , 2021 22:53

DÇ-2022-nin seçmə mərhələsinin Avropa zonası üzrə növbəti görüşlərinə start verilib.

"Report"un məlumatına görə, ilk turun ikinci oyun gününün açılış qarşılaşmalarında Bolqarıstan İsveçrəni, İsrail isə Danimarkanı qəbul edib. Hər iki matç qonaqların qələbəsi ilə yekunlaşıb.

C qrupunun görüşündə İsveçrə 3:1, F qrupunun qarşılaşmasında Danimarka 2:0 hesabı ilə qalib gəlib.

DÇ-2022-nin seçmə mərhələsi
I tur
25 mart

C qrupu
21:00. Bolqarıstan - İsveçrə - 1:3

Qollar: Kiril Despodov, 46 - Brel-Donald Embolo, 7. Haris Seferoviç, 10. Stiven Tsuber, 13

F qrupu
21:00. İsrail - Danimarka - 0:2

Qollar: Martin Breytueyt, 13. Yonas Vind, 67

Qeyd edək ki, ilk tura Bakı vaxtı ilə saat 23:45-də başlanacaq 11 oyunla yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi