DÇ-2022: İspaniya Gürcüstanla, İtaliya İsveçrə ilə qarşılaşacaq

DÇ-2022: İspaniya Gürcüstanla, İtaliya İsveçrə ilə qarşılaşacaq Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V turun digər oyunları keçiriləcək.
Futbol
5 Sentyabr , 2021 07:30
DÇ-2022: İspaniya Gürcüstanla, İtaliya İsveçrə ilə qarşılaşacaq

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V turun digər oyunları keçiriləcək.

"Report"un məlumatına görə, ikinci oyun günündə 5 qrupda 12 qarşılaşma oynanılacaq.

B qrupunda İspaniya millisi Gürcüstanın, Yunanıstan isə Kosovonun qonağı olacaq.

Avropa çempionu İtaliya İsveçrə ilə üz-üzə gələcək. C qrupunun digər matçında Bolqarıstan və Litva komandaları qarşılaşacaq.

I qrupunda mübarizə aparan İngiltərə seçməsi Andorranı, J qrupundakı Almaniya isə Ermənistanı qəbul edəcək.

DÇ-2022, seçmə mərhələ
V tur

B qrupu

22:45. İspaniya - Gürcüstan

22:45. Kosovo - Yunanıstan

Xal durumu: İsveç - 9 (3 oyuna) İspaniya - 7 (4), Kosovo - 3 (3) Yunanıstan - 2 (2), Gürcüstan - 1 (4)

C qrupu

20:00. Bolqarıstan - Litva

22:45. İsveçrə - İtaliya

Xal durumu: İtaliya - 10 (4 oyuna), İsveçrə - 6 (2), Şimali İrlandiya - 4 (3), Bolqarıstan - 2 (4 oyuna), Litva - 0 (3)

E qrupu

17:00. Belarus - Uels

22:45. Belçika - Çexiya

Xal durumu: Belçika - 10 (4 oyuna), Çexiya - 7 (4), Uels - 3 (2), Belarus - 3 (3), Estoniya - 0 (3)

I qrupu

20:00. Albaniya - Macarıstan

20:00. İngiltərə - Andorra

22:45. San Marino - Polşa

Xal durumu: İngiltərə - 12, Polşa - 7, Macarıstan - 7, Albaniya - 6, Andorra - 3, San Marino - 0

J qrupu

20:00. İslandiya - Şimali Makedoniya

22:45. Rumıniya - Lixtenşteyn

22:45. Almaniya - Ermənistan

Xal durumu: Ermənistan - 10, Almaniya - 9, Şimali Makedoniya - 7, Rumıniya - 6, İslandiya - 3, Lixtenşteyn - 0

Son xəbərlər

Orphus sistemi