DÇ-2022: İspaniya ev, Fransa və İtaliya səfər matçlarına çıxacaq

DÇ-2022: İspaniya ev, Fransa və İtaliya səfər matçlarına çıxacaq 6 qrupda 15 qarşılaşma keçiriləcək
Futbol
31 Mart , 2021 07:30
DÇ-2022: İspaniya ev, Fransa və İtaliya səfər matçlarına çıxacaq

Bu gecə futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura yekun vurulacaq.

"Report"un məlumatına görə, turun ikinci oyun günündə 6 qrupda 15 qarşılaşma keçiriləcək.

B qrupunda İspaniya millisi Kosovonu, Yunanıstan Gürcüstanı qəbul edəcək.

C qrupunda İtaliya Litvanın, Bolqarıstan Şimali İrlandiyanın qonağı olacaq.

Son dünya çempionu Fransa Bosniya və Herseqovina ilə üz-üzə gələcək. D qrupunun digər matçında Ukrayna və Qazaxıstan seçmələri qarşılaşacaq.

F qrupunda lider Danimarka Avstriyanın qonağı olacaq. Şotlandiya Farer adalarını, Moldova isə İsraili qəbul edəcək.

I qrupunda İngiltərə və Polşa milliləri arasındakı görüş daha çox diqqət mərkəzində olacaq. Lakin bu qarşılaşmada dünyanın ən yaxşı futbolçusu Robert Levandovski qonaq komandaya kömək edə bilməyəcək. Xalsız yığmalardan Andorra Macarıstanı, San Marino Albaniya qəbul edəcək.

J qrupunda lider Almaniya Şimali İrlandiyanı, autsayderlərdən Lixtenşteyn İslandiyanı qəbul edəcək.

DÇ-2022, seçmə mərhələ
III tur
31 mart

B qrupu

22:45. Yunanıstan - Gürcüstan

22:45. İspaniya - Kosovo

Xal durumu: İsveç - 6, İspaniya - 4, Yunanıstan - 1 (1), Gürcüstan - 0, Kosovo - 0 (1)

C qrupu

22:45. Litva - İtaliya

22:45. Şimali İrlandiya - Bolqarıstan

Xal durumu: İsveçrə - 6, İtaliya - 6, Litva - 0 (1), Şimali İrlandiya - 0 (1), Bolqarıstan - 0

D qrupu

22:45. Bosniya və Herseqovina - Fransa

22:45. Ukrayna - Qazaxıstan

Xal durumu: Fransa - 4, Finlandiya - 2, Ukrayna - 2, Bosniya və Herseqovina - 1 (1), Qazaxıstan - 0 (1)

F qrupu

22:45. Şotlandiya - Farer adaları

22:45. Avstriya - Danimarka

22:45. Moldova - İsrail

Xal durumu: Danimarka - 6, Avstriya - 4, Şotlandiya - 2, Farer adaları - 1, İsrail - 1, Moldova - 1.

I qrupu

22:45. San Marino - Albaniya

22:45. Andorra - Macarıstan

22:45. İngiltərə - Polşa

Xal durumu: İngiltərə - 6, Polşa - 4, Macarıstan - 4, Albaniya - 3, Andorra - 0, San Marino - 0

J qrupu

20:00. Ermənistan - Rumıniya

22:45. Lixtenşteyn - İslandiya

22:45. Almaniya - Şimali Makedoniya

Xal durumu: Almaniya - 6, Ermənistan - 6, Şimali Makedoniya - 3, Rumıniya - 3, Lixtenşteyn - 0, İslandiya - 0.

Son xəbərlər

Orphus sistemi