DÇ-2022: İrlandiya yığması üçün Bakıya gələcək azarkeşlərin sayı açıqlanıb

DÇ-2022: İrlandiya yığması üçün Bakıya gələcək azarkeşlərin sayı açıqlanıb 2022-ci il dünya çempionatının seçmə oyununda Azərbaycan millisinin qonağı olacaq İrlandiya yığması Bakıda dəstəksiz qalmayacaq
Futbol
5 Oktyabr , 2021 10:23
DÇ-2022: İrlandiya yığması üçün Bakıya gələcək azarkeşlərin sayı açıqlanıb

2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq İrlandiya yığması Bakıda dəstəksiz qalmayacaq.

"Report"un "İrishexaminer" nəşrinə istinadən məlumatına görə, Stiven Kenninin baş məşqçi olduğu komandanı 300-dən çox azarkeş dəstəkləyəcək.

Nəşr irlandiyalı fanatların Portuqaliya ilə müqayisədə Bakı Olimpiya Stadionundakı qarşılaşma üçün bilet almaqda problemlə üzləşməyəcəklərini yazıb.

Qeyd edək ki, oktyabrın 9-da keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi