DÇ-2022: İdman obyektlərinin tikintisi zamanı ölən işçilərin sayı açıqlanıb

DÇ-2022: İdman obyektlərinin tikintisi zamanı ölən işçilərin sayı açıqlanıb 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün idman obyektlərinin tikintisi zamanı dünyasını dəyişmiş işçilərin sayı açıqlanıb.
Futbol
611
3 Dekabr , 2021 10:59
DÇ-2022: İdman obyektlərinin tikintisi zamanı ölən işçilərin sayı açıqlanıb

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün idman obyektlərinin tikintisi zamanı dünyasını dəyişmiş işçilərin sayı açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə yerli Təşkilat Komitəsinin sədri Nasser Əl-Xatər mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, cəmi 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb: "Araşdırma apardıqdan sonra ictimai təşkilatlarla əlaqə saxlamışıq. Bunu tam əminliklə deyə bilərəm. Mediada şişirdilmiş rəqəmlər var. Təəssüf ki, belə məlumatlar yayılanda mənfi fon, polemika yaranır".

Qeyd edək ki, dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi