DÇ-2022: Hakimlərin adları açıqlanıb, Cüneyt Çakır mundialdan kənarda qalıb

DÇ-2022: Hakimlərin adları açıqlanıb, Cüneyt Çakır mundialdan kənarda qalıb FIFA bu il Qətərdə keçiriləcək dünya çempionatının oyunlarına təyinat alacaq hakimləri açıqlayıb.
Futbol
19 May , 2022 16:33
DÇ-2022: Hakimlərin adları açıqlanıb, Cüneyt Çakır mundialdan kənarda qalıb

FIFA bu il Qətərdə keçiriləcək dünya çempionatının oyunlarına təyinat alacaq hakimləri açıqlayıb.

"Report" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 36 əsas, 69 köməkçi və 24 VAR hakimi yer alıb.

Türkiyəli məşhur FIFA referisi Cüneyt Çakır mundialdan kənarda qalıb. 46 yaşlı ədalət təmsilçisi 2018-ci ildə Rusiyadakı ənənəvi yarışda iş başında olub.

Ruandalı Salima Mukansanqa, fransalı Stefani Frappar və yaponiyalı Yoşimi Yamaşita mundialların final mərhələsinə təyinat alan ilk qadın hakimlər kimi tarixə düşüb.

Qeyd edək ki, DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi