Fransa və Niderland DÇ-2022-yə, Beyl 100-cü matçına çıxa bilər

Fransa və Niderland DÇ-2022-yə, Beyl 100-cü matçına çıxa bilər 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX tura yekun vurulacaq.
Futbol
381
13 Noyabr , 2021 07:30
Fransa və Niderland DÇ-2022-yə, Beyl 100-cü matçına çıxa bilər

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün IX tura yekun vurulacaq.

"Report"un məlumatına görə, turun sonuncu oyun günündə 3 qrupda 7 qarşılaşma keçiriləcək.

D qrupunda Fransa Qazaxıstana qalib gəlsə, mundialın final mərhələsinə vəsiqə qazanacaq. Qrupun digər matçında Bosniya və Herseqovina Finlandiya ilə üz-üzə gələcək.

E qrupunda Belçika Estoniyaya qalib gəlsə, vaxtından əvvəl DÇ-2022-də iştirakını rəsmiləşdirəcək. Qrupun digər qarşılaşmasına gəldikdə, Uels millisinin lideri Qaret Beyl Belarusla görüşdə yığmada 100-cü oyununu keçirəcək.

G qrupunda Norveç Latviyanı, Türkiyə Cəbəllütariqı, Monteneqro Niderlandı qəbul edəcək. Niderland qələbə qazansa, Norveç isə xal itirsə, "narıncılar" mundiala vəsiqə qazanmış olacaq.

"Ay-ulduzlular" isə pley-off şanslarını davam etdirmək üçün mütləq "cırtdanlar"a qalib gəlməlidir.

DÇ-2022, seçmə mərhələ
IX tur
13 noyabr

D qrupu

18:00. Bosniya və Herseqovina - Finlandiya

23:45. Fransa - Qazaxıstan

Xal durumu: Fransa - 12 (6 oyuna), Ukrayna - 9 (7), Finlandiya - 8 (6), Bosniya və Herseqovina - 7 (6), Qazaxıstan - 3 (7)

E qrupu

23:45. Uels - Belarus

23:45. Belçika - Estoniya

Xal durumu: Belçika - 16 (6 oyuna), Çexiya - 11 (7), Uels - 11 (6), Estoniya - 4 (6), Belarus - 3 (7).

G qrupu

21:00. Norveç - Latviya

21:00. Türkiyə - Cəbəllütariq

23:45. Monteneqro - Niderland

Xal durumu: Niderland - 19, Norveç - 17, Türkiyə - 15, Monteneqro - 11, Latviya - 5, Cəbəllütariq - 0.

Son xəbərlər

Orphus sistemi