DÇ-2022: FIFA bilet satışlarının yeni tarixlərini açıqlayıb

DÇ-2022: FIFA bilet satışlarının yeni tarixlərini açıqlayıb FIFA bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün bilet satışlarının yeni tarixlərini açıqlayıb.
Futbol
128
22 Mart , 2022 09:31
DÇ-2022: FIFA bilet satışlarının yeni tarixlərini açıqlayıb

FIFA bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün bilet satışlarının yeni tarixlərini açıqlayıb.

"Report" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, satış martın 23-də Bakı vaxtı ilə saat 14:00-da başlayacaq və martın 29-u günortayadək davam edəcək.

Tamaşaçılar bu mərhələdə üç kateqoriyalı - tək matçlar, konkret komandaların iştirak etdiyi oyunlar və dörd stadionda oynanılacaq qarşılaşmalar üçün biletlər əldə edə biləcəklər. Alışdan sonra bütün əcnəbi azarkeşlər ölkəyə daxil olmaq və stadionlara giriş əldə etmək üçün Qətərdə yerləşmə planlarını təqdim etməli olacaqlar.

FIFA əvvəlki dünya çempionatları ilə müqayisədə bilet alışına qoyulan məhdudiyyətləri yumşaldıb. İndi bir şəxs bir oyun üçün altıyadək, bütün turnir üçün isə 60-dək bilet sifariş edə bilər.

Qeyd edək ki, noyabrın 21-də start götürəcək dünya çempionatı dekabrın 18-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi