DÇ-2022: Emin Mahmudov 1-ci, Anton Krivotsyuk 3-cüdür

DÇ-2022: Emin Mahmudov 1-ci, Anton Krivotsyuk 3-cüdür Azərbaycan millisinin futbolçusu Emin Mahmudov 2022-ci dünya çempionatının seçmə mərhələsində topu ən çox ələ keçirən oyunçudur.
Futbol
1016
9 Sentyabr , 2021 19:47
DÇ-2022: Emin Mahmudov 1-ci, Anton Krivotsyuk 3-cüdür

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov 2022-ci dünya çempionatının seçmə mərhələsində topu ən çox ələ keçirən oyunçudur.

"Report" OPTA-ya istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi matçlar zamanı ümumilikdə 26 dəfə rəqiblərdən topu "oğurlamağ"ı bacarıb.

İkinci sırada Slovakiya millisinin müdafiəçisi Petar Stoyanoviç (18) qərarlaşıb. İlk "3-lüy"ü isə Azərbaycan millisinin digər üzvü Anton Krivotsyuk tamamlayır. Polşanın "Visla" (Plotsk) komandasında oynayan futbolçu 17 dəfə topu ələ keçirib.

Qeyd edək ki, A qrupunda mübarizə aparan Azərbaycan 5 oyundan sonra 1 xalla sonuncu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi