DÇ-2022: Azərbaycan millisi Portuqaliyaya böyük hesabla uduzub

DÇ-2022: Azərbaycan millisi Portuqaliyaya böyük hesabla uduzub Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu start götürüb.
Futbol
7 Sentyabr , 2021 21:48
DÇ-2022: Azərbaycan millisi Portuqaliyaya böyük hesabla uduzub

Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report”un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Portuqaliya yığması ilə qarşılaşıb. İtaliyalı FIFA referisi Marko Quidanın idarə etdiyi görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Portuqaliyalıların hücumları ilı başlayan oyunda hesab 26-cı dəqiqədə açılıb. Brunu Fernandeşin ideal ötürməsini Bernardu Silva qola çevirib. Cəmi 3 dəqiqə sonra Azər Salahlı hesabı bərabərləşdirməyə yaxın olsa da, yaxın məsafədən topu qapıya göndərə bilməyib. Əvəzində qonaqlar 31-ci dəqiqədə ikinci qolu vurublar. Bu dəfə Andre Silva adını tabloya yazdırıb. Hissənin sununcu dəqiqəsində Filip Ozobiç fərqi azaltmaq üçün əla fürsət yaxalayıb. Lakin yarımmüdafiəçi son anda topa toxuna bilməyib. İlk yarı qonaqların 2:0 hesablı qüstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra dəyişikliyə əl atan De Byazi Qara Qarayevlə Təmkin Xəlilzadənin yerinə meydana Əli Qurbani və Anatoli Nuriyevi buraxıb. Lakin bu əvəzetmə də nəticə verməyib. 75-ci dəqiqədə isə Portuqlaliya yığması Azərbaycan millisini 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Bu dəfə Diequ Jota fərqlənərək, matçda son nöqtəni qoyub.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 13-ə çatdıran Portuqaliya yığması A qrupunda ilk pilləyə yüksəlib. Azərbaycan isə 1 xalla sonuncudur.

20:31

Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, 75-ci dəqiqədə Diequ Jota 3-cü topu meydan sahiblərinin qapısından keçirib - 3:0.

21:00

Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Azərbaycan yığması hazırda 0:2 hesabı ilə geridədir.

Rəqibin heyətində 26-cı dəqiqədə Bernardu Silva, 31-ci dəqiqədə isə Andre Silva fərqlənib.

20:45

Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv fasiləyə məğlub yollanıb - 0:2.

20:31

Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, 31-ci dəqiqədə qonaqların heyətində Andre Silva 2-ci topu meydan sahiblərinin qapısından keçirib.

20:25

Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab açılıb.

"Report"un məlumatına görə, qonaqların heyətində 26-cı dəqiqədə Bernardu Silva fərqlənib.

20:00

Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu start götürüb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da başlayıb.

Qarşılaşmanı italiyalı FIFA referisi Marko Quida idarə edir.

Son xəbərlər

Orphus sistemi