DÇ-2022: Azərbaycan millisinin yer alacağı səbət dəqiqləşdi

DÇ-2022: Azərbaycan millisinin yer alacağı səbət dəqiqləşdi Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində hansı səbətdə yer alacağı dəqiqləşib.
Futbol
1110
16 Noyabr , 2020 13:23
DÇ-2022: Azərbaycan millisinin yer alacağı səbət dəqiqləşdi

Azərbaycan millisinin 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində yer alacağı səbət dəqiqləşib.

"Report"un məlumatına görə, hazırda 1175 xalla FIFA reytinqində 114-cü pillədə qərarlaşan yığma püşkatmaya 5-ci səbətdən qoşulacaq.

Canni De Byazinin baş məşqçi olduğu komanda Avropa zonası üzrə reytinqdə 45-cidir. Milli yoldaşlıq matçında Sloveniya, UEFA Millətlər Liqasında isə Monteneqro ilə heç-heçələrə əsasən 4.5 xal qazana bilib.

Azərbaycan seçməsinin 4-cü səbətə qalxması və ya daha aşağı reytinqli yığmalarla birlikdə 6-cı səbətdə yer alması mümkün deyil.

Qeyd edək ki, DÇ-2022-nin püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi