DÇ-2022: Azərbaycan millisinin oyununa 2 minə yaxın bilet satılıb

DÇ-2022: Azərbaycan millisinin oyununa 2 minə yaxın bilet satılıb Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində keçiriləcək İrlandiya - Azərbaycan oyununa indiyədək satılan biletlərin sayı açıqlanıb.
Futbol
3 Sentyabr , 2021 14:28
DÇ-2022: Azərbaycan millisinin oyununa 2 minə yaxın bilet satılıb

Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində keçiriləcək İrlandiya - Azərbaycan oyununa indiyədək satılan biletlərin sayı açıqlanıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, paytaxt Dublində "Aviva" stadionundakı matç üçün 25 000 bilet satışa çıxarılsa da, onlardan yalnız 1 500-ü alınıb.

Arena 51 700 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi