DÇ-2022: Avropa zonası üzrə seçmə mərhələ oyunları başlayır

DÇ-2022: Avropa zonası üzrə seçmə mərhələ oyunları başlayır Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə start veriləcək.
Futbol
24 Mart , 2021 08:00
DÇ-2022: Avropa zonası üzrə seçmə mərhələ oyunları başlayır

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə start veriləcək.

"Report"un məlumatına görə, ilk turda A, D, E, G və H qruplarınada ümumilikdə 13 görüş baş tutacaq.

Günün ilk matçı Türkiyə və Niderland yığmaları arasında olacaq. Atatürk Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Digər oyunlar isə 23:45-də başlayacaq.

Azərbaycan millisinin yer aldığı A qrupunda 3 qarşılaşma oynanılacaq. Canni De Byazinin başçılıq etdiyi kollektiv İtaliyada Portuqaliya yığması ilə, Serbiya seçməsi evdə İrlandiya ilə üz-üzə gələcək. Bu qrupun Qətər - Lüksemburq oyunu isə hazırlıq xarakteri daşıyır.

D qrupunda Fransa - Ukrayna, E qrupunda Belçika - Uels və H qrupunda Sloveniya - Xorvatiya oyunları maraqla gözlənilir.

DÇ-2022-nin seçmə mərhələsi

I tur

A qrupu

21:00. Qətər - Lüksemburq

23:45. Portuqaliya - Azərbaycan

23:45. Serbiya - İrlandiya

D qrupu

23:45. Finlandiya - Bosniya və Herseqovina

23:45. Fransa - Ukrayna

E qrupu

23:45. Belçika - Uels

23:45. Estoniya - Çexiya

G qrupu

21:00. Türkiyə - Niderland

23:45. Cəbəllütariq - Norveç

23:45. Latviya - Monteneqro

H qrupu

23:45. Kipr - Slovakiya

23:45. Malta - Rusiya

23:45. Sloveniya - Xorvatiya

Qeyd edək ki, sabah seçmə mərhələdə daha 13 görüş gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi