DÇ-2022: Argentina yığması Venesuelaya qalib gəlib

DÇ-2022: Argentina yığması Venesuelaya qalib gəlib Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsinin IX turunda Venesuela yığması Argentinanı qəbul edib.
Futbol
3 Sentyabr , 2021 07:33
DÇ-2022: Argentina yığması Venesuelaya qalib gəlib

Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsinin IX turunda Venesuela yığması Argentinanı qəbul edib.

“Report” xəbər verir ki, matç Karakasda "Olimpiko" stadionunda keçirilib və Argentina seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Argentinanın məşhur hücumçusu Lionel Messi 90 dəqiqə meydanda olsa da, fərqlənə bilməyib.

Argentina seçməsi bu qələbədən sonra 15 xal yığaraq yarış cədvəlində ikinci yerə yüksəlib.

Qeyd edək ki, Venesuela komandası Peru ilə görüşəcək, Argentina yığması növbəti turda Braziliya seçməsinə qarşı oynayacaq. Matçlar müvafiq olaraq 5-6 sentyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi