DÇ-2022: Argentina yığması Peruya qalib gəlib

DÇ-2022: Argentina yığması Peruya qalib gəlib 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin XXII turunun matçı başa çatıb.
Futbol
15 Oktyabr , 2021 06:47
DÇ-2022: Argentina yığması Peruya qalib gəlib

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin XII turunun matçında Argentina yığması Peru millisini qəbul edib.

“Report” xəbər verir ki, Buenos-Ayresin “Monumental Antonio Vespucci Liberty” stadionunda keçirilən görüş Argentina millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 43-cü dəqiqədə Lautaro Martines vurub.

Argentina yığması bu qələbədən sonra 22 xal toplayaraq yarış cədvəlində ikinci yerdə qalıb. Komanda DÇ-2022-nin indiki seçmə mərhələsində uduzmayıb. Yığma lider Braziliya seçməsindən 4 xal geri qalır.

Peru seçməsi 11 xalla turnir cədvəlində səkkizinci yerdədir.

Qeyd edək ki, noyabrda Argentina DÇ-2022-nin seçmə mərhələsinin oyunlarına ev sahibliyi edəcək. Yığma noyabrın 11-də Uruqvayla, noyabrın 16-da isə Braziliya seçməsi ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi