DÇ-2022: Argentina qələbə qazanıb, Braziliya heç-heçə edib

DÇ-2022: Argentina qələbə qazanıb, Braziliya heç-heçə edib Argentina millisi 2022-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Uruqvayı qəbul edib.
Futbol
294
11 Oktyabr , 2021 09:03
DÇ-2022: Argentina qələbə qazanıb, Braziliya heç-heçə edib

Argentina millisi 2022-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyununda Uruqvayı qəbul edib.

"Report"un məlumatına görə, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Lionel Messi 38-ci, Rodriqo De Paul 44-cü, Lautaro Martines 64-cü dəqiqədə vurub. Messi yığmada çıxdığı 155-ci oyunda 80-ci qolunu vurub. Ulduz forvard həmçinin 2021-ci ildə millidə 9-cu qoluna da imza atıb.

Braziliya seçməsi isə Kolumbiya ilə səfər görüşündə qolsuz heç-heçə edib.

Beləliklə, Braziliya 28 xalla liderdir. Argentina 22 xalla ikinci, Ekvador və Uruqvay hərəyə 16 xalla 3-4-cü, Kolumbiya isə 15 xalla 5-cidir.

Son xəbərlər

Orphus sistemi