DÇ-2022: Almaniya əhalisinin yarısı yığmanın mundialda iştirakını istəmir

DÇ-2022: Almaniya əhalisinin yarısı yığmanın mundialda iştirakını istəmir Almaniya əhalisinin təxminən yarısı futbol üzrə milli komandanın Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməsini istəmir.
Futbol
4 İyul , 2022 14:16
DÇ-2022: Almaniya əhalisinin yarısı yığmanın mundialda iştirakını istəmir

Almaniya əhalisinin təxminən yarısı futbol üzrə milli komandanın Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməsini istəmir.

"Report"un məlumatına görə, bu barədə "YouGov" Sosiologiya İnstitutu sorğu aparıb.

Respondentlər mundial üçün stadionların tikintisi zamanı fəhlələrin həlak olması ilə bağlı narazılıqlarını bildiriblər. Sorğuya qatılanların 48 faizi Bundestimin DÇ-2022-də iştirakının əleyhinə çıxıb.

28 faiz yığmanın dünya çempionatını buraxmamalı olduğunu düşünübsə, 24 faiz məsələyə münasibət bildirmək istəməyib.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi