DÇ-2018: Yaponiya Kolumbiyaya qalib gəlib

DÇ-2018: Yaponiya Kolumbiyaya qalib gəlib Bakı. 19 iyun. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatında H qrupunun ilk oyunu keçirilib.
Futbol
19 İyun , 2018 17:56
DÇ-2018: Yaponiya Kolumbiyaya qalib gəlib

Bakı. 19 iyun. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatında H qrupunun ilk oyunu keçirilib.

"Report"un məlumatına görə, Saransk şəhərindəki "Mordoviya Arena"da Kolumbiya və Yaponiya yığmaları üz-üzə gəlib.

Görüş Yaponiyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesab 6-cı dəqiqədə açılıb. Kolumbiyalı futbolçu Karlos Sançes əllə oynadığı üçün meydandan qovulub və Yaponiyanın lehinə penalti təyin olunub. Sindzi Kaqavanın zərbəsi dəqiq olub. 39-cu dəqiqədə Xuan Kintero cərimə zərbəsindən bərabərlik qolunu vurub. Lakin 73-cü dəqiqədə Yuya Osako künc zərbəsindən sonra başla qələbə topuna imza atıb.

Bununla da Yaponiya Kolumbiyadan 2014-cü il dünya çempionatındakı 1:4 hesablı məğlubiyyətin əvəzini çıxıb.

Qeyd edək ki, qrupun digər oyunu Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. Moskvadakı "Spartak" stadionunda Polşa və Seneqal yığmaları üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi