DÇ-2018: Xorvatiya millisinin müdafiəçisi İngiltərə ilə yarımfinal oyununu buraxacaq

DÇ-2018: Xorvatiya millisinin müdafiəçisi İngiltərə ilə yarımfinal oyununu buraxacaq Bakı. 9 iyul. REPORT.AZ/ Xorvatiya milli komandasının və İspaniyanın Atletiko klubunun futbolçusu Şime Vrsalko dünya çempionatında İngiltərə yığması ilə yarımfinal oyununda iştirak etməyəcək.
Futbol
9 İyul , 2018 10:27
DÇ-2018: Xorvatiya millisinin müdafiəçisi İngiltərə ilə yarımfinal oyununu buraxacaq
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ Xorvatiya milli komandasının və İspaniyanın "Atletiko" klubunun futbolçusu Şime Vrsalko dünya çempionatında İngiltərə yığması ilə yarımfinal oyununda iştirak etməyəcək.

"Report"un məlumatına görə, səbəb 26 yaşlı müdafiəçinin Rusiya ilə 1/4 final matçında zədələnməsidir. Sol dizindən xəsarət alan Vrsalkonun dəqiq bərpa tarixi yaxın günlərdə müəyyənləşəcək.

Daha bir müdafiəçi İvan Striniç və hücumçu Mario Mancukiçdə isə hematoma aşkarlanıb. Vəziyyətlərinin ciddi olub-olmadığının müəyyənləşdirilməsi üçün onlar xəstəxanada həkim müayinəsindən keçəcəklər.

Qeyd edək ki, Xorvatiya Rusiyanı penaltilər seriyasında (əsas vaxt - 1:1, əlavə vaxt - 1:1) üstələyib - 4:3. İngiltərə ilə oyun iyulun 11-də "Lujniki" stadionunda keçiriləcək. Digər yarımfinal qarşılaşmasında Fransa ilə Belçika görüşəcək. Final matçı isə iyulun 15-də olacaq.   

Son xəbərlər

Orphus sistemi