Bakı. 12 iyul. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatında daha bir finalçı müəyyənləşib.
"Report"un məlumatına görə, Xorvatiya yığması tarixində ilk dəfə həlledici görüşə vəsiqə qazanıb.
Zlatko Daliçin baş məşqçi olduğu komanda yarımfinalda İngiltərəni üstələyib. Hərçənd, hesabı 5-ci dəqiqədə britaniyalılar açıb. Kiran Trippye cərimə zərbəsindən topu tora göndərib. Lakin 68-ci dəqiqədə İvan Rakitiç bərabərlik qolunu vurub. Nəticədə əsas vaxt 1:1 hesabı ilə yekunlaşıb. Görüşün taleyi isə əlavə vaxtda həll olunub. 109-cu dəqiqədə Mario Mancukiç qələbə topunu vurub.
Beləliklə, iyulun 15-də keçiriləcək final görüşündə Xorvatiya yığması Fransa ilə üz-üzə gələcək. İyulun 14-də isə İngiltərə və Belçika milliləri 3-cü yer uğrunda görüşə çıxacaqlar.
DÇ-2018
Yarımfinal
11 iyul
22:00. Xorvatiya – İngiltərə - 2:1 (ƏLAVƏ VAXT - 1:0)
Qollar: İvan Perişiç, 68. Mario Mancukiç, 109 - Kiran Tripye, 5
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongun (hamısı Türkiyə), Byörn Kuypers (Hollandiya)
Moskva, "Lujniki" stadionu