DÇ-2018: Xorvatiya Argentinanı darmadağın edərək 1/8 finala vəsiqə qazanıb

DÇ-2018: Xorvatiya Argentinanı darmadağın edərək 1/8 finala vəsiqə qazanıb Bakı. 22 iyun. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatında D qrupunun II turuna start verilib.
Futbol
22 İyun , 2018 00:16
DÇ-2018: Xorvatiya Argentinanı darmadağın edərək 1/8 finala vəsiqə qazanıb

Bakı. 22 iyun. REPORT.AZ/ Rusiyadakı futbol üzrə dünya çempionatında D qrupunun II turuna start verilib.

"Report"un məlumatına görə, qrupda bu turun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gəlib. 

Nijni Novqoroddakı eyniadlı stadionda keçirilmiş görüş Xorvatiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu 53-cü dəqiqədə Ante Rebiç vurub. 80-ci dəqiqədə Luka Modriç növbəti qolun müəllifi olub. Oyunda son nöqtəni isə uzatma dəqiqəsində İvan Rakitiç qoyub.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Xorvatiya yığması vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edib. 1 xalı olan Argentina ehtiyatda 1 oyunu olan İslandiya ilə birgə 2-3-cü yerləri bölüşür. Xalsız Nigeriya isə sonuncudur. İslandiya iyulun 22-də Nigeriyaya qalib gəlsə, Argentinanın mərhələ adlaması çətinləşəcək.

Qeyd edək ki, hələlik Rusiya, Uruqvay və Fransa da 1/8 finala yüksəlib. Misir, Səudiyyə Ərəbistanı, Mərakeş və Peru isə qrupda qalıb.

DÇ-2018

21 iyun

II tur

D qrupu

22:00. Argentina - Xorvatiya - 0:3

Qollar: Ante Rebiç, 53. Luka Modriç, 80. İvan Rakitiç, 90+1

Hakimlər: Ravşan İrmatov, Abduhəmidullo Rəsulov, Jahongir Saidov (hamısı Özbəkistan), Norbert Hauata (Taiti), Bertrand Brial (Yeni Kaledoniya)

Nijni Novqorod, "Nijni Novqorod" stadionu

Son xəbərlər

Orphus sistemi