DÇ-2018 üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı açıqlanıb

DÇ-2018 üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı açıqlanıb FİFA-nın Mətbuat xidməti: "Bu rəqəm dəyişə bilər"
Futbol
6 İyun , 2018 15:32
DÇ-2018 üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı açıqlanıb
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatı üçün Azərbaycan vətəndaşlarına satılan biletlərin sayı müəyyənləşib. 

Bu barədə "Report"un sorğusuna cavab olaraq FİFA-nın Mətbuat xidmətindən məlumat verilib.

Rəsmi açıqlamada bildirilir ki, ölkə vətəndaşları indiyədək ali futbol qurumundan 500 bilet əldə edib. Lakin bilet satışı iyulun 15-dək davam edəcəyindən, bu rəqəm dəyişə bilər.

Qeyd edək ki, DÇ-2018 iyunun 14-də start götürəcək. Mundialın oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi