DÇ-2018: Seçmə qrup mərhələsində son tura start verilib

DÇ-2018: Seçmə qrup mərhələsində son tura start verilib Turun ilk oyun günündə 3 qrupda 9 qarşılaşma keçirili.
Futbol
9 Oktyabr , 2017 00:58
DÇ-2018: Seçmə qrup mərhələsində son tura start verilib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son tura start verilib. 

"Report"un məlumatına görə, turun ilk oyun günündə 3 qrupda 9 qarşılaşma keçirilib.

Əvvəlcə E və F qruplarında, daha sonra C qrupunda matçlar baş tutub.

E qrupunda Polşa Monteneqro üzrəində qələbə sayəsində birbaşa final mərhələsinə, Danimarka isə Rumıniya ilə heç-heçə edərək, "pley-off"a vəsiqəyə sahib çıxıb.

F qrupunda İngiltərə hələ ötən turdan qrup qalibi kimi DÇ-2018-ə yüksəldiyindən, "pley-off"a vəsiqəsi verən ikinci yerə 3 komanda iddialı idi. Sloveniyanın Şotlandiya ilə heç-heçə etməsi Maltanı böyük hesabla yenən Slovakiyanın "pley-off"a vəsiqəsini şərtləndirib. Slovakiya xal fərqində Şotlandiya ilə bərabər olsa da, şəxsi oyunlarda üstünlüyü səbəbindən (3:0, 0:1) ikinci yeri tutub.

C qrupuna gəldikdə, Almaniya Azərbaycanı, Çexiya San Marinonu böyük hesabla yenib. Norveç isə Şimali İrlandiyanı minimal hesabla yenib. Beləliklə, bu qrupda komandaların mövqeyində heç bir dəyişiklik baş verməyib.

Dünya çempionatı

Seçmə qrup mərhələsi, X tur

8 oktyabr

C qrupu

22:45. Çexiya - San Marino - 5:0

Qollar: Mixael Krmençik, 8; 23. Yan Kopits, 27. Filip Novak, 71. Vatslav Kadlets, 83

22:45. Almaniya - Azərbaycan - 5:1

Qollar: Leon Qoretska, 4; 66. Sandro Vaqner, 55. Antonio Rüdiger, 64. Emre Can, 81 - Ramil Şeydayev, 34

22:45. Norveç - Şimali İrlandiya - 1:0

Qol: Kris Brant, 71-öz qapısına

Xal durumu: Almaniya - 30, Şimali İrlandiya - 22, Çexiya - 15, Norveç - 13, Azərbaycan - 10, San Marino - 0.

E qrupu

20:00. Danimarka - Rumıniya - 1:1

Qollar: Kristian Eriksen, 60-penalti ilə - Çiprian Dyak, 88

Qırmızı vərəqə: Kristian Qanya, 63 (Rumıniya)

20:00. Qazaxıstan - Ermənistan - 1:1

Qollar: Baurjan Turısbek, 64 - Henrik Mxitaryan, 26

20:00. Polşa - Monteneqro - 4:2

Qollar: Krjiştof Maçinski, 6. Kamil Qrositski, 16. Robert Levandovski, 85. Filip Stoykoviç, 87-öz qapısına - Stefan Muqoşa, 78. Jarko Tomaşeviç, 83

Xal durumu: Polşa - 25, Danimarka - 20, Monteneqro - 16, Rumıniya - 13, Ermənistan - 7, Qazaxıstan - 3.

F qrupu

20:00. Litva - İngiltərə - 0:1

Qol: Harri Keyn, 27-penalti ilə

20:00. Slovakiya - Malta - 3:0

Qollar: Adam Nemets, 33; 62. Andrey Duda, 69

20:00. Sloveniya - Şotlandiya - 2:2

Qollar: Roman Bezjak, 52; 72 - Li Qriffits, 32. Robert Snodqrass, 88

Qırmızı vərəqə: Bostyan Sezar, 90+2 (Sloveniya)

Xal durumu: İngiltərə - 26, Slovakiya - 18, Şotlandiya - 18, Sloveniya - 15, Litva - 6, Malta - 1.

Son xəbərlər

Orphus sistemi