DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçiriləcək

DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçiriləcək Bütün matçlar Avropa zonasında baş tutacaq
Futbol
10 İyun , 2017 10:09
DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçiriləcək

Bakı. 10 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək. 

“Report”un məlumatına görə, bütün matçlar Azərbaycan yığmasının da yer aldığı Avropa zonasında baş tutacaq.

C qrupunda Azərbaycan Şimali İrlandiyanı qəbul edəcəyi halda, lider Almaniya son sıradakı San Marinonu sınağa çəkəcək. Digər görüş isə Norveçlə Çexiya arasında olacaq.

E qrupunda ilk pillədə qərarlaşan Polşa Rumıniyanı sınağa çəkəcək. F qrupunun lideri İngiltərə isə Şotlandiyanın qonağı olacaq.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

Avropa zonası, VI tur 

C qrupu

20:00. Azərbaycan - Şimali İrlandiya

22:45. Almaniya - San Marino

22:45. Norveç - Çexiya

Xal durumu: Almaniya - 15; Şimali İrlandiya - 10, Çexiya - 8, Azərbaycan - 7, Norveç - 3, San Marino - 0.

E qrupu

20:00. Qazaxıstan - Danimarka

22:45. Monteneqro - Ermənistan

22:45. Polşa - Rumıniya

Xal durumu: Polşa - 13, Monteneqro, Danimarka - 7, Rumıniya, Ermənistan - 6, Qazaxıstan - 2.

F qrupu

20:00. Şotlandiya - İngiltərə

20:00. Sloveniya - Malta

22:45. Litva – Slovakiya

Xal durumu: İngiltərə - 13, Slovakiya - 9 , Sloveniya - 8, Şotlandiya - 7, Litva - 5, Malta - 0.

Son xəbərlər

Orphus sistemi