DÇ-2018: İspaniya-Rusiya matçında dünya çempionatları tarixində ilk dəfə dördüncü əvəzetmədən istifadə olunub

DÇ-2018: İspaniya-Rusiya matçında dünya çempionatları tarixində ilk dəfə dördüncü əvəzetmədən istifadə olunub Bakı. 1 iyul. REPORT.AZ/ İspaniya və Rusiya yığmaları arasındakı 1/8 final matçında dünya çempionatları tarixində ilk dəfə dördüncü əvəzetmədən istifadə olunub.
Futbol
1 İyul , 2018 21:51
DÇ-2018: İspaniya-Rusiya matçında dünya çempionatları tarixində ilk dəfə dördüncü əvəzetmədən istifadə olunub

Bakı. 1 iyul. REPORT.AZ/ İspaniya və Rusiya yığmaları arasındakı 1/8 final matçında dünya çempionatları tarixində ilk dəfə dördüncü əvəzetmədən istifadə olunub.

"Report"un məlumatına görə, Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov 97-ci dəqiqədə meydana yarımmüdafiəçi Aleksandr Yeroxini meydana buraxıb. O, Daler Kuzyayevi əvəzləyib.

Əvvəlki 3 əvəzləmə isə əsas vaxtın gedişində edilib.

Mundial ərəfəsində FİFA əlavə vaxtda dördüncü əvəzləmənin edilməsini qərara alıb.

Qeyd edək ki, Rusiya yığması əsas vaxtı 1:1 hesabı ilə nəticələnən görüşdə İspaniyanı penalti seriyasında 4:3 hesabı ilə yenərək, 1/4 finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi