Bakı. 21 may. REPORT.AZ/ Futbol üzrə İspaniya milli komandasının dünya çempionatı üçün yekun heyəti müəyyənləşib.
"Report" xəbər verir ki, milli komandanın baş məşqçisi Xulen Lopetegi 23 nəfərlik siyahıya 3 qapıçı, 8 müdafiəçi, 8 yarımmüdafiəçi, 4 hücumçu daxil edib.
Qapıçılar: Kera Arrisabalaqa ("Atletik”), Pepe Reyna (“Napoli”, İtaliya), David De Xea (“Mançester Yunayted”, İngiltərə)
Müdafiəçilər: Dani Karvaxal, Serxio Ramos, Naço (hər üçün “Real Madrid”), Xerard Pike, Xordi Alba (hər ikisi “Barselona”), Sezar Aspilikueta ( “Çelsi”, İngiltərə), Naço Monreal (“Arsenal”, İngiltərə), Arvalo Odriozola ("Real Sosyedad")
Yarımmüdafiəçilər: Andres İnyesta, Serxio Buskets (hər ikisi “Barselona”), Marko Asensio, İsko (hər ikisi “Real” Madrid), Saul Nyiges, Koke ( hər ikisi "Atletiko Madrid"), Tiaqo Alkantara ("Bavariya", Almaniya), David Silva ("Mançester Siti", İngiltərə)
Hücumçular: Yaqo Aspas ("Selta"), Rodriqo (“Valensiya") , Dieqo Koşta (“Atletiko”), Lukas Vaskes ("Real Madrid")
Qeyd edək ki, İspaniya millisi DÇ-2018-də Portuqaliya, İran və Mərakeş yığmaları ilə birgə B qrupunda mübarizə aparacaq.