Bakı. 20 iyun. REPORT.AZ/ Dünya çempionatında B qrupunun oyununda üz-üzə gələcək İran və İspaniya yığmalarının start heyətləri açıqlanıb.
"Report"un məlumatına görə, komandalar ilk dəqiqələrdən aşağıdakı "11-lik"lə meydana çıxacaqlar:
İran: 1 Əli Beyrənvənd, 3. Ehsan Hacı Səfi, 6. S. Səid Ezatullahi, 8. Morteza Purəligənci, 9. Ümid İbrahimi, 10. Kərim Ənsərifərd, 11. Vahid Əmiri, 17. Mehdi Taremi, 19. Məcid Hüseyni, 20. Sərdar Azmun, 23. Ramin Rezaiyan
İspaniya: 1. David de Xea, 2. Dani Karvaxal, 3. Xerard Pike, 5. Serxio Buskets, 6. Andres İnyesta, 11. Lukas Vaskes, 15. Serxio Ramos, 18. Xordi Alba, 19. Dieqo Kosta, 21. David Silva, 22. İsko
Kazan şəhərindəki eyniadlı arenada keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.