Bakı. 15 noyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatına vəsiqə qazana bilməyən milli komandalar arasında turnir təşkil edilə bilər.
“Report” ESPN-ə istinadən xəbər verir ki, ABŞ Futbol Federasiyası yarışa İtaliya, Hollandiya, Qana, Çili və digər yığmaları dəvət etməyi planlaşdırır.
Turnirin 2018-ci il 14 iyun - 15 iyulda Rusiyadan keçiriləcək mundialın startından əvvəl keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə, Çexiya, İrlandiya, Ukrayna, ABŞ, Paraqvay, Kot dİvuar kimi ölkələrin yığmaları da dünya çempionatına vəsiqə qazana bilməyiblər.