DÇ-2018: Daha bir ölkə yekun heyətini açıqlayıb

DÇ-2018: Daha bir ölkə yekun heyətini açıqlayıb Baş məşqçi 23 nəfərlik siyahıya 3 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu daxil edib
Futbol
15 May , 2018 01:13
DÇ-2018: Daha bir ölkə yekun heyətini açıqlayıb

Bakı. 15 may. REPORT.AZ/ Kosta Rika milli komandasının Rusiyada keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

"Report"un məlumatına görə, baş məşqçi Oskar Ramires 23 nəfərlik siyahıya 3 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçu daxil edib.

Qapıçılar: Keylor Navas ("Real Madrid", İspaniya), Parik Pemberton ("Alaxuelense"), Leonel Moreyro ("Erediano")

Müdafiəçilər: Kristian Qamboa ("Seltik", Şotlandiya), Yan Smit ("Norçöpinq", İsveç), Ronald Matarrita ("Nyu-York Siti"), Brayan Ovyedo ("Sanderlend", İngiltərə), Oskar Duarte ("Espanyol", İspaniya), Cankarlo Qonsales ("Bolonya", İtaliya), Fransisko Kalvo ("Minnesota Yunayted", ABŞ), Kendall Uoston ("Vankuver Uaytkeps", Kanada), Conni Akosta ("Agilas", Kolumbiya)

Yarımmüdafiəçilər: David Qusman ("Portlend Timberz", ABŞ), Yeltsin Texeda ("Lozanna", İsveçrə), Selso Borxes ("Deportivo", İspaniya), Rendall Asofeyfa ("Erediano"), Rodni Uolles ("Nyu-York Siti", ABŞ), Kristian Bolanyos ("Saprissa"), Xoan Vaneqas ("Saprissa")

Hücumçular: Brayan Ruis ("Sportinq"), Daniel Kolindres ("Saprissa"), Xoel Kempbell ("Betis", İspaniya), Markos Urenya ("Los-Anceles", ABŞ)

Kosta-Rika millisi DÇ-2018-də Braziliya, İsveçrə və Serbiya ilə birgə "E" qrupunda yer alıb. Bu komanda ilk oyununu iyunun 17-də Samarada Serbiyaya qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi