DÇ-2018: Braziliya millisinin futbolçusu mundialın qalan oyunlarında iştirak etməyə bilər

DÇ-2018: Braziliya millisinin futbolçusu mundialın qalan oyunlarında iştirak etməyə bilər Bakı. 25 iyun. REPORT.AZ/ Braziliya milli komandasının futbolçusu Duqlas Kosta zədə səbəbindən dünya çempionatının qalan oyunlarında iştirak etməyə bilər.
Futbol
25 İyun , 2018 12:20
DÇ-2018: Braziliya millisinin futbolçusu mundialın qalan oyunlarında iştirak etməyə bilər
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Braziliya milli komandasının futbolçusu Duqlas Kosta zədə səbəbindən dünya çempionatının qalan oyunlarında iştirak etməyə bilər. 

"Report"un "O Globo"ya istinadən verdiyi məlumata görə, 28 yaşlı hücumçunun bərba prosesi 20 gün çəkəcək. 

Kosta E qrupunun II turunda Kosta-Rika ilə oyun zamanı sağ budundan xəsarət alıb. Braziliya yığmasının tibbi heyəti oyunçunun iyunun 27-də Moskvada Serbiya yığmasına qarşı iştirakını istisna edib. 

Qeyd edək ki, Kosta-Rika ilə oyun Braziliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Pentakampeonlar" hazırda qrup mərhələsində 4 xalla İsveçrə ilə birgə ilk 2 yeri bölüşür. 

Son xəbərlər

Orphus sistemi