DÇ-2018: Belçika yığması Yaponiyanı məğlub edərək 1/4 finala çıxıb

DÇ-2018: Belçika yığması Yaponiyanı məğlub edərək 1/4 finala çıxıb Bakı. 2 iyul. REPORT.AZ/ Belçika yığması dünya çempionatı -2018-in 1/8 final mərhələsində Yaponiya üzərində qələbə qazanıb.
Futbol
2 İyul , 2018 23:56
DÇ-2018: Belçika yığması Yaponiyanı məğlub edərək 1/4 finala çıxıb

Bakı. 2 iyul. REPORT.AZ/ Belçika yığması dünya çempionatı -2018-in 1/8 final mərhələsində Yaponiya üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Rostov-na-Donun "Rostov Arena" stadionunda keçirilən görüş 3:2 hesabı ilə belçikalıların xeyrinə başa çatıb.

Belçika yığması matç boyu 2 top geri düşsə də, komanda özündə güc taparaq rəqibi 3 dəfə məyus edə bilib. Oyunda sonuncu qol 90+4-cü dəqiqədə vurulub.

Nəticədə Belçika millisi ¼ finala vəsiqə qazanıb.

Belçika – Yaponiya - 3:2

Qollar: 0:1 – Xaraqusi – 48, 0:2 – İnui – 52, 1:2 – Vertongen – 69, 2:2 – Fellayni – 74, 3:2 – Şadli – 90+4.

Son xəbərlər

Orphus sistemi