Bakı. 23 iyun. REPORT.AZ/ Rusiyadakı dünya çempionatında G qrupunun II turunun ilk oyunu keçirilib.
"Report"un məlumatına görə, Moskvadakı "Spartak" stadionunda Belçika və Tunis yığmaları üz-üzə gəlib. Görüş "qırmızı şeytanlar"ın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan Eden Azar 6-cı dəqiqədə penaltidən və 51-ci dəqiqədə, Romelu Lukaku isə 16-cı və 45+3-cü dəqiqədə "dubl" edib. Mişi Batşuayi isə 90-cı dəqiqədə 5-ci qolun müəllifi olub.
Tunis yığmasına gəldikdə, Dilan Bronn 18-ci, Vəhbi Xəzri 90+3-cü dəqiqədə fərqlənib.
Bu qələbə sayəsində xallarını 6-ya çatdıran Belçika millisi 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edib. Qrupun digər görüşündə İngiltərə Panamaya uduzmasa, bu vəsiqə rəsmiləşəcək. Tunis isə ardıcıl ikinci görüşdə uduzaraq, qrupda qalıb.
Bu, DÇ-2018-də ən çox qolun vurulduğu qarşılaşma olub. Daha əvvəl İspaniya - Portuqaliya matçında 6 qol qeydə alınmışdı. Digər tərəfdən, Belçika ardıcıl ikinci böyük hesablı qələbəsini qazanıb. "Qırmızı şeytanlar" ilk turda Panamanı darmadağın edib - 3:0.
DÇ-2018
23 iyun
II tur
G qrupu
16:00. Belçika- Tunis - 5:2
Qollar: Eden Azar, 6 (pen.); 51. Romelu Lukaku, 16; 45+3. Mişi Batşuayi, 90 - Dilan Bronn, 18. Vəhbi Xəzri, 90+3
Hakimlər: Ceyr Marrufo, Kori Rokuell (hər ikisi ABŞ), Xuan Zumba (Salvador), Andres Kunya (Uruqvay)
Moskva, "Spartak" stadionu