DÇ-2018: Azərbaycan milli komandasının seçmə qrup mərhələsindəki son 2 oyunu üçün hakim təyin edilib

DÇ-2018: Azərbaycan milli komandasının seçmə qrup mərhələsindəki son 2 oyunu üçün hakim təyin edilib Çexiya ilə qarşılaşma fransalı hakimlər briqadasına tapşırılıb
Futbol
128
1 Oktyabr , 2017 13:58
DÇ-2018: Azərbaycan milli komandasının seçmə qrup mərhələsindəki son 2 oyunu üçün hakim təyin edilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki son 2 oyunu üçün hakim təyinatları açıqlanıb.

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Çexiya ilə qarşılaşma fransalı hakimlər briqadasına tapşırılıb.

Baş hakim Benua Miyoya Julian Paçelli və Bertran Juanno yan xətt, Frank Şnayder isə dördüncü hakim qismində yardımçı olacaq.

Almaniya ilə oyunu isə latviyalı referi Andris Traymanis idarə edəcək. Harald Qudermanis və Aleksey Spasyonnikov yan xətt, Aleksandr Qolubev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, C qrupunda yer alan Azərbaycan millisi Çexiya ilə oktyabrın 5-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Oyun saat 20:00-da başlanacaq. Almaniya ilə qarşılaşma isə oktyabrın 8-də Kayzerslautern şəhərindəki "Frits-Valter" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi