DÇ-2018: Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb

DÇ-2018: Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb İlk oyunlar 9 - 11 noyabrda, cavab görüşləri 12 - 14 noyabrda keçiriləcək
Futbol
238
17 Oktyabr , 2017 16:10
DÇ-2018: Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. 

"Report"un məlumatına görə, İsveçrənin Sürix şəhərində təşkil olunmuş tədbirə seçmə mərhələdə qrup 2-cisi olan 8 komanda qatılıb.

Püşkatma nəticəsində onlar 4 cütə bölünüblər:

Şimali İrlandiya - İsveçrə

Xorvatiya - Yunanıstan

Danimarka - İrlandiya

İsveç - İtaliya

İlk oyunlar 9 - 11 noyabrda, cavab görüşləri 12 - 14 noyabrda keçiriləcək.

İndiyədək dünya çempionatına 22 ölkə yığması vəsiqə qazanıb:

Avropa: İngiltərə, Belçika, İslandiya, İspaniya, Almaniya, Polşa, Serbiya, Fransa, Portuqaliya

Cənubi Amerika: Argentina, Braziliya, Kolumbiya, Uruqvay

Şimali Amerika: Kosta Rika, Meksika, Panama

Asiya: İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya

Afrika: Nigeriya, Misir

Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyada təşkil olunacaq.  

Son xəbərlər

Orphus sistemi