DÇ-2018: 1/8 final mərhələsinə vəsiqə qazanan daha bir komandanın adı müəyyənləşib

DÇ-2018: 1/8 final mərhələsinə vəsiqə qazanan daha bir komandanın adı müəyyənləşib Bakı. 26 iyun. REPORT.AZ/ Futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə daha bir vəsiqənin sahibi müəyyənləşib.
Futbol
26 iyun 2018 15:51
DÇ-2018: 1/8 final mərhələsinə vəsiqə qazanan daha bir komandanın adı müəyyənləşib

Bakı. 26 iyun. REPORT.AZ/ Futbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə daha bir vəsiqənin sahibi müəyyənləşib.

"Report"un məlumatına görə, C qrupundan Fransa ilə yanaşı, Danimarka da mərhələ adlayıb. III turda bu iki komanda arasında keçirilmiş görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Bu, mundialda qolsuz tamamlanan yeganə qarşılaşma olub.

Bununla da xallarını 7-yə çatdıran Fransa qrup lideri, 5 xala malik Danimarka isə 2-ci yerin sahibi olub. C qrupunun digər görüşündə isə Peru Avstraliyanı 2:0 hesabı ilə yenərək, 3 xalla 3-cü yeri tutub. 2 xalı olan Avstraliya isə sonuncu olub.

1/8 finalda Danimarka Xorvatiya ilə üz-üzə gələcək. Fransanın rəqibi isə D qrupunda 2-ci yerin sahibi olacaq. Hazırda həmin pilləyə Nigeriya, İslandiya və Argentina iddialıdır. Bu axşam saat 22:00-da başlanacaq görüşdə Xorvatiya İslandiya ilə, Nigeriya isə Argentina ilə qarşılaşacaq.

DÇ-2018

III tur

26 iyun

C qrupu

18:00. Danimarka - Fransa - 0:0

Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya), Canluka Rokki, Mauro Tonolini (hər ikisi İtaliya)

Moskva, "Lujniki" stadionu

18:00. Avstraliya - Peru - 0:2

Qollar: Andre Karrilyo, 18. Paolo Gerrero, 50

Hakimlər: Sergey Karasyov, Anton Averyanov, Tixon Kalugin (hamısı Rusiya), Riuji Sato, Toru Saqara (hər ikisi Yaponiya)

Soçi, "Fişt" stadionu

Son xəbərlər

Orphus sistemi