DÇ-2018: 1/4 final oyunlarından sonra futbolçuların sarı vərəqələri ləğv olunacaq

DÇ-2018: 1/4 final oyunlarından sonra futbolçuların sarı vərəqələri ləğv olunacaq Bakı. 22 iyun. REPORT.AZ/ Dünya çempionatında futbolçuların aldıqları tək sarı vərəqələr 1/4 final mərhələsindən sonra ləğv olunacaq.
Futbol
22 iyun 2018 12:17
DÇ-2018: 1/4 final oyunlarından sonra futbolçuların sarı vərəqələri ləğv olunacaq

Bakı. 22 iyun. REPORT.AZ/ Dünya çempionatında futbolçuların aldıqları tək sarı vərəqələr 1/4 final mərhələsindən sonra ləğv olunacaq. 

"Report"un məlumatına görə, bu barədə "Sport-Ekspress"ə FİFA-dan açıqlama verilib.

Bu isə o deməkdir ki, mərhələ adlayan komandaların aparıcı futbolçuları həlledici matçlarda iştirak edə biləcəklər. Sözügedən qayda əvvəlki mundiallarda da qüvvədə olub. 

İki sarı və qırmızı vərəqəyə görə diskvalifikasiya isə yenə tətbiq ediləcək.

Son xəbərlər

Orphus sistemi