DÇ-1994-ün bombardiri Rusiya təbliğatına uyan həyat yoldaşını boşayıb

DÇ-1994-ün bombardiri Rusiya təbliğatına uyan həyat yoldaşını boşayıb Rusiya yığmasının sabiq futbolçusu Oleq Salenko birinci həyat yoldaşı ilə bütün əlaqələrini kəsib.
Futbol
384
27 Mart , 2022 15:33
DÇ-1994-ün bombardiri Rusiya təbliğatına uyan həyat yoldaşını boşayıb

Rusiya yığmasının sabiq futbolçusu Oleq Salenko birinci həyat yoldaşı ilə bütün əlaqələrini kəsib.

"Report"un məlumatına görə, 1994-cü il dünya çempionatının bombardiri bunu xanımının Rusiya təbliğatına uyması ilə əlaqələndirib.

53 yaşlı veteran hücumçu ailə vəziyyətinin qeyri-standart olduğunu bildirib: "Anadan olduğum və həyatımın əhəmiyyətli hissəsini keçirdiyim ölkə Rusiyadır. Orada mənim ilk həyat yoldaşım və oğlum var. Onu özümdən uzağa göndərmişəm. Çünki zombiləşib və Kreml təbliğatına inanır. İkinci həyat yoldaşımdan olan oğlum isə İtaliya klublarında baxışdadır".

Salenko DÇ-1994-də Rusiya yığmasının heyətində 5 ukraynalı, iki osetiyalı və iki belaruslu futbolçunun olduğunu xatırladıb. O, müharibənin dayandırılmasını istəyib: "Qərb mətbuatına müsahibələrimdə jurnalistlərə deyirəm ki, öz ictimaiyyətinizə və hakimiyyətinizə təzyiq göstərin. Sanksiya öz yerində, amma Ukraynaya güclü silahlanma lazımdır".

Qeyd edək ki, Oleq Salenko DÇ-1994-də 6 qol vuraraq, "Qızıl buts"a sahib olub.

Son xəbərlər

Orphus sistemi