David Silva: "Real" hər il məni heyətinə çağırırdı, amma imtina edirdim”

David Silva: "Real" hər il məni heyətinə çağırırdı, amma imtina edirdim” Mançester Sitinin ispan yarımmüdafiəçisi David Silva Madrid Real”ı ilə bağlı xatirələrini bölüşüb.
Futbol
125
24 Yanvar , 2020 04:54
David Silva: Real hər il məni heyətinə çağırırdı, amma imtina edirdim”

"Mançester Siti"nin ispan yarımmüdafiəçisi David Silva Madrid "Real”ı ilə bağlı xatirələrini bölüşüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, futbolçu klubdan dəfələrlə təkliflər gəldiyini, lakin hər dəfə təklifləri rədd etdiyini bildirib.

David Silva qeyd edib ki, o, bir zamanlar ailəsi ilə birlikdə İspaniyanın Kanar adalarında yaşayıb. İspaniyalı “Kral klubu”nun Baldebebasdakı bazasında baxış keçib. Lakin atası ona evi tərk etməyə icazə verməyib.

"Real" hər il məni çağırırdı, amma imtina edirdim. On dörd yaşım tamam olana qədər doğma şəhərimdə oynayırdım", - futbolçu deyib.

34 yaşlı Silva "Valensiya"nın yetirməsidir. O, 2010-cu ildə 28,75 milyon avroya "Mançester Siti”yə keçib. İspaniyalı yarımmüdafiəçi cari mövsümdə İngiltərə çempionatının 18 matçında iştirak edib. O, bu matçlarda 3 qol müəllifi olub və 7 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi