Danimarkada paytaxt klubunun futbolçularına ölü siçovullar atıblar - VİDEO

Danimarkada paytaxt klubunun futbolçularına ölü siçovullar atıblar - VİDEO İnsident “Bröndbü” – “Kopenhagen” oyunu zamanı baş verib
Futbol
18 Aprel , 2017 16:54
Danimarkada paytaxt klubunun futbolçularına ölü siçovullar atıblar - VİDEO

Bakı. 18 aprel. REPORT.AZ/ Futbol üzrə Danimarka çempionatının final mərhələsinin III turu çərçivəsində keçirilən “Bröndbü” – “Kopenhagen” oyununda xoşagəlməz hadisə baş verib. 

“Report”un məlumatına görə, qarşılaşmanın 85-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri qonaq komandanın futbolçularına ölü siçovullar atıblar.

Nəticədə kopenhagenlilər ölü gəmiricilər meydançadan təmizləndikdən sonra oyunu davam etdiriblər.

Qeyd edək ki, insidentə rəğmən, “Kopehnagen” “Bröndbü”nü 1:0 hesabı ilə məğlub edib. Paytaxt təmsilçisi hazırda 71 xalla liderdir.

Son xəbərlər

Orphus sistemi