Danimarka millisi Erikseni başqa oyunçu ilə əvəzləyə bilməyəcək

Danimarka millisi Erikseni başqa oyunçu ilə əvəzləyə bilməyəcək Danimarkanın futbol üzrə milli komandası yarımmüdafiəçi Kristian Eriksenin adını Avropa çempionatı üçün təqdim edilən sifariş vərəqəsindən çıxararaq digər oyunçu ilə əvəzləyə bilməyəcək.
Futbol
212
13 İyun , 2021 21:21
Danimarka millisi Erikseni başqa oyunçu ilə əvəzləyə bilməyəcək

Danimarkanın futbol üzrə milli komandası yarımmüdafiəçi Kristian Eriksenin adını Avropa çempionatı üçün təqdim edilən sifariş vərəqəsindən çıxararaq digər oyunçu ilə əvəzləyə bilməyəcək.

“Report” xəbər verir ki, bu barədə “TASS”ın sorğusuna cavab olaraq Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) mətbuat xidmətindən deyilib.

Bildirilib ki, komandalara baş verə biləcək hadisələrlə bağlı heyət üzvlərinin sayını 23 oyunçudan 26 oyunçuya qədər artırılmasına icazə verilib.

Qeyd edək ki, UEFA AVRO-2020-nin B qrupunun Finlandiya ilə matçında Danimarka millisinin futbolçusu Kristian Eriksen huşunu itirərək yerə yıxılıb. Ölüm təhlükəsi ilə üz-üzə olan 29 yaşlı yarımmüdafiəçi ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. Hazırda xəstəxanada onun müalicəsi davam edir.

Son xəbərlər

Orphus sistemi