Danimarka millisi Bakıda dəstəksiz qalmayacaq

Danimarka millisi Bakıda dəstəksiz qalmayacaq Danimarka Futbol İttifaqı (DBU) Avropa çempionatının 1/4 final mərhələsində Çexiya ilə qarşılaşacaqları oyun üçün Bakıya gələcək azarkeşlərin sayını açıqlayıb.
Futbol
30 İyun , 2021 09:20
Danimarka millisi Bakıda dəstəksiz qalmayacaq

Danimarka Futbol İttifaqı (DBU) Avropa çempionatının 1/4 final mərhələsində Çexiya ilə qarşılaşacaqları oyun üçün Bakıya gələcək azarkeşlərin sayını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə DBU-nun azarkeşlərlə işləyən koordinatoru Anders Hagen "TV 2"yə açıqlamasında məlumat verib.

O bildirib ki, qarşılaşmada ən az 800 danimarkalı fanat olacaq. Hagen bu rəqəmin daha da arta biləcəyini sözlərinə əlavə edib. Federasiya rəsmisi qarşılaşma üçün böyük marağın olduğunu da söyləyib.

UEFA hər iki ölkə azarkeşlərinin 2.500 bilet ala biləcəyini açıqlayıb. Görüşün keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 min azarkeş tutumuna malikdir. Qərara əsasən, tribunaların 50 faizinin dolmasına icazə verilir.

Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi